Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyinin rəhbər heyətinin Qazaxıstana səfəri davam edir - Video

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyətinin Qazaxıstan Respublikasına səfəri davam edir...

Bu barədə Poliqon-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti, qazaxıstanlı həmkarı general-polkovnik Ruslan Jaksılıkov və "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı dövlətlərinin Müdafiə nazirliklərinin rəhbərliyi ilə birgə Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib. Gəmi ilə səfər zamanı raket-artilleriya gəmisinin və heyətin əsas fəaliyyət istiqamətləri ilə bağlı müdafiə nazirlərinə məruzə edilib. Qonaqlar hərbi dənizçilərin nümunəvi çıxışlarını izləyiblər.

Sonra nümayəndələr Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Dalğıc mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olub, silahlanmada olan kiçik və iriçaplı silahlara və texniki avadanlıqlara baxış keçiriblər.

Daha sonra hərbi hissələrdən biri ziyarət edilib. Qonaqlara burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib və hərbi hissənin ərazisindəki təlim trenajorları nümayiş etdirilib.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar